Beynəlxalq Kosmik Stansiyada (BKS) "Soyuz MS-22" kosmik gəmisinin soyutma sisteminin xarici dövrəsinin təzyiqsizləşməsi nəticəsində soyuducu maye sızması meydana gəlib.
Bizim.Media "İnterfax"a istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) məlumat yayıb.
Bildirilib ki, sızma nəticəsində Missiyaya Nəzarət Mərkəzi (MCC) astronavtların BKS-dən kosmosa çıxmasını dayandırmaq qərarına gəlib.
Həmçinin qeyd edilib ki, kosmik stansiya yaxşı vəziyyətdədir və 68 ekspedisiya heyəti təhlükəsizlikdədir.
Bizim.Media