Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin yeni fotosu görənləri təəccübləndirib.
Bizim.Media-nın məlumatına görə, onun fotosu sosial şəbəkədə yayılıb.
Fotoda sabiq prezidentin klinikada olduğu və müalicə aldığı əks olunub.
Xatırladaq ki, M.Saakaşvili hazırda Tbilisidəki “Vivamed” özəl klinikasında müalicə olunur. Gürcüstanın sabiq Prezidenti 2021-ci il oktyabrın 1-də ona qiyabi olaraq verilən iki hökm əsasında saxlanılıb. O, altı il həbs cəzası alıb. Daha 3 iş isə məhkəmə icraatındadır.
Bizim.Media
