İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunu 2 il 7 ay 15 gün müddətinə həbs edilib.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, Mərkəzi Seçki Komissiyasının (CHP) vəzifələrinə görə idarə heyətində çalışan üzvlərini təhqir etməkə ittiham olunub.
Bildirilib ki, İmamoğlunun qərardan apellyasiya şikayəti vermək hüququ var. Qərar yuxarı instansiya məhkəmələrinin təsdiqindən sonra qüvvəyə minəcək.
Qeyd edək ki, Əkrəm İmamoğlu 30 oktyabr 2019-cu il tarixində Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində çıxış edib.
O, çıxışı zamanı seçki dövründə dövlət resurslarından qeyri-məhdud şəkildə hakimiyyətin xeyrinə istifadə edildiyini, kampaniya zamanı cəmiyyəti parçalayan və qütbləşdirən bir dildən istifadə edildiyini, prezident və kabinet üzvlərinin aksiyalar həyata keçirdiklərini və seçki qadağalarını nəzərə almayan təcrübələr etdiyini vurğulayıb.
Bizim.Media