Qarabağda qondarma rejimin “rəhbəri” Arayik Arutyunyan hərbi vəziyyət elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Telegram kanallarında yer alıb.
Mənbə yazır ki, Qarabağda müvəqqəti yaşayan erməni əhalisinin normal həyatını təmin etmək və 2022-ci il dekabrın 12-də rus sülhməralıları tərəfindən bağlanan Xankəndi-Gorus avtomobil yolu ilə bağlı yaranmış vəziyyəti tənzimləmək üçün belə addım atılıb.
Bu baxımdan bölgədəki xüsusi təyinatlı obyektlərin iş rejimi hərbi vəziyyətə keçirilib.
Həmçinin əhalinin sərbəst hərəkət hüququ məhdudlaşdırılacaq, ərazini tərk etmək üçün xüsusi rejim yaradılacaq.
Nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, hüquq və azadlıqlara müvəqqəti məhdudiyyətlərin tətbiqini təmin etmək məqsədilə Operativ Qərargah yaradılıb və rejimin “dövlət naziri” Ruben Vardanyan Qərargahın rəisi təyin edilib.
Bizim.Media