Amerikada Bred Qote adlı şəxs yatarkən qulaqlığını udub.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı kişinin boğazına ilişən qulaqlıq endoskopiya ilə təyin edilərək çıxarılıb.
Məlumata görə, Bred səhər yuxudan oyandıqda nəfəs almaqda çətinlik çəkdiyini görüb və su içməyə çalışıb. Lakin onun bu cəhdi boğulmaqla nəticələnib.
Dərhal həkimə çatdırılan kişinin boğazında endoskopiya müayinəsi zamanı qulaqlıq qaldığı təyin edilib və çıxarılıb.
Bizim.Media