Türkiyə Hərbi Hava Qüvvələrinə ASELSAN şirkətinin və TÜBİTAK müəssisəsinin birgə hazırladığı ilk Hava Trafik Radar Sistemi (HTRS) təhvil verilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsi məlumat yayıb.
Radarın istehsalı ASELSAN tərəfindən həyata keçirilib, proqram təminatı TÜBİTAK tərəfindən hazırlanıb.
Hərbi və mülki istifadə üçün hazırlanmış HTRS 2024-cü ilin sonuna kimi Türkiyədə 11 hava limanında istifadəyə veriləcək.
Bizim.Media