"Ukraynada müharibə" həştəqi “Twitter” trendlərindən itib”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak rəsmi “Twitter” hesabında qeyd edib.
O paylaşımda “Twitter”in rəhbəri İlon Maskın hesabını sabitləyərək qeyd edib ki, Rusiyanın təcavüzündən bəhs edən tvitlərin işıqlandırılması radikal şəkildə məhdudlaşdırılıb.
“İstifadəçilərə Ukrayna mobil oparatorlarına məxsus telefon nömrəsi ilə qeydiyyatdan keçməyə və ya hesaba daxil olmağa icazə verilmir. Maraqlıdır, biz nə vaxtsa 2022-ci ilin payız-qış aylarının “Twitter Faylları”nı (həştəqləri nəzərdə tutur – red.) görəcəyikmi?” , - deyə Podolyak qeyd edib.
Bizim.Media
