Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) nüvə təhlükəsizliyi üzrə ekspertləri Ukraynanın bütün atom elektrik stansiyalarında daimi olmasını təmin edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossinin bəyanatında qeyd edilib.
“Baş direktor Rafael Qrossi və Ukraynanın Baş naziri Denis Şmıqal razılaşıblar ki, AEBA hazırkı silahlı münaqişə zamanı nüvə qəzasının qarşısının alınması üçün səylərin gücləndirilməsi çərçivəsində ölkədəki bütün atom elektrik stansiyalarında nüvə təhlükəsizliyi üzrə ekspertlərin daimi olmasını təmin edəcək” , - deyə bayanatda bildirilib.
Bizim.Media