Azərbaycan Türkiyənin İstanbul şəhərində keçirilən "Tənəzzül və staqflyasiya arasında: Dünya iqtisadiyyatı yolayrıcında" mövzusunda "TRT Dünya Forumu"nda təmsil olunub.
Bizim.Media xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatında bildirilib.
Məlumata görə, AZPROMO-nun rəhbəri Yusif Abdullayev İstanbulda "TRT Dünya Forumu" çərçivəsində təşkil olunan panel müzakirələrdə iştirak edib.
Y.Abdullayev qlobal ərzaq, maliyyə və enerji böhranları fonunda Azərbaycan iqtisadiyyatının inkişafını diqqətə çatdırıb, ölkəmizdə yaradılmış əlverişli investisiya mühiti barədə məlumat verib, birbaşa xarici investisiyaların həcmində müsbət dinamikanın müşahidə olunduğunu bildirib.
Bizim.Media