Avropa İttifaqı (Aİ) ölkələrinin energetika nazirləri qazın maksimal – yuxarı hədd qiyməti ilə bağlı razılığa gələ bilməyiblər.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Brüsseldə keçirilən görüşdə iştirak edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto məlumat verib.
“Energetika Şurasının iclasında uzun müzakirələr aparılıb, plenar iclasda razılıq əldə olunmayıb, ona görə də müzakirələr ikitərəfli səviyyədə davam etdiriləcək”, - deyə Siyarto sosial şəbəkə hesabında qeyd edib.
Bizim.Media