Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində səfərdə olan Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinlə görüşüb.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, tərəflər görüş zamanı iki ölkə arasındakı münasibətlər, Rusiya-Ukrayna müharibəsi, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop da iştirak edib.
Bizim.Media