Bir müddət əvvəl Peruda bsşlsmış aksiyalar davam edir.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılar bu dəfə ölkənin cənubunda yerləşən Arekipa şəhərindəki hava limanını ələ keçiriblər.
Bu barədə “Aeropuertos Andinos del Peru” idarəedici şirkəti məlumat yayıb.
Bildirilib ki, etirazçılar keçid məntəqəsindəki köşkü yandırıblar.
Bu da hava limanının sərnişinlərin və işçilərin təhlükəsizliyini təhdid edir. Bu səbəbdən Administrasiya sərnişinləri təxliyə edərək hava limanını bağlayıb.
Bizim.Media