“Twitter”in sahibi İlon Mask özünün platformasında dəyişiklik edəcək.
Bizim.Media xəbər verir ki, Mask yazılardakı simvolların sayını 280-dən 4 minə qədər artıracağını təsdiqləyib.
O, bu barədə sosial şəbəkədə istifadəçilərin sualını cavablandırarkən yazıb.
Xatırladaq ki,”Twitter” indiyədək postların qısalığı ilə seçilib - əvavəllər buradakı mətnlərdə simvol sayı 140-dan artıq ola bilməzdi, sonradan bu limit 280-ə qaldırılmışdı. İndi isə limitin 4 minə qaldırılması nəzərdə tutulur.
Bizim.Media