Peru Konqresi (birpalatalı parlament) ölkə prezidenti vəzifəsindən kənarlaşdırılan Pedro Kastilyonu toxunulmazlıqdan məhrum edib.
Bizim.Media xəbər verir ki, bu barədə qanunverici orqan məlumat yayıb.
Məlumata görə, 67 səs lehinə olmaqla Konqresin plenumu Pedro Kastilyonun imtiyazdan məhrum edilməsi təklifini təsdiqləyib və ona qarşı cinayət işinin açılmasına icazə verib.
Xatırladaq ki, dekabrın 7-də Peru parlamenti qanunverici orqanın buraxıldığını və komendant saatı tətbiq edildiyini elan edən prezident Pedro Kastilyonun istefaya göndərilməsinə səs verib.
Hərbçilər və polislər Konqresi dəstəkləyib və qanunvericilər dövlət başçısının istefasını təsdiqləyib, Belə ki, Kastilyo impiçment elan edilib. Perunun birinci vitse-prezidenti Dina Boluarte dövlət başçısı qismində and içib.
Bizim.Media