Avropa İttifaqı (Aİ) Ukraynaya silah tədarükünü ödəyən Avropa Sülh Fondunun 2023-cü il üçün büdcəsinin 2 milyard avroya qədər artırılmasını təsdiq edib.
Bizim.Media xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.
“Aİ ölkələrinin xarici işlər nazirləri Avropa Sülh Fondunun 2023-cü il üçün büdcəsinin 2 milyard avroya qədər artırılması barədə siyasi qərara gəliblər”, - deyə bəyanatda bildirilib.
Bəyanata əsasən, bununla bağlı yekun qərar 2023-cü ilin əvvəlində təsdiqlənəcək.
Bizim.Media