Hindistan-Çin sərhədində hərbi toqquşmalar baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə “ANI” xəbər agentliyi etibarlı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Hindistanın Arunaçal-Pradeş əyalətinin sərhədində Çinin sərhəd qüvvələri ilə toqquşma baş verib. Belə ki, Çin hərbçiləri iki ölkəni ayıran faktiki nəzarət xəttinə daxil olub.
Lakin Hindistan hərbçiləri tərəfindən geri qaytarılıb.
Mənbənin bildirdiyinə görə, hər iki tərəfdən bir neçə hərbçi xəsarət alıb.
Bizim.Media