Fransa millisinin baş məşqçisi Didye Deşamın hansı tarixə qədər vəzifədə qalacağı məlum olub.
Bizim.Media Fransanın “Le Parisien” nəşrinə istinadən xəbər verir ki, adıçəkilən məşqçi 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının sonuna qədər vəzifəsində qalacaq.
Fransa Futbol Federasiyası onunla yeni müqavilə ilə bağlı razılığa gəlib. Yeni sözləşmə 2 illik nəzərdə tutulub.
Xəbərdə qeyd olunub ki, Deşamla DÇ-2022-dən sonra müqavilə uzadılacaq. Milli komandanın DÇ-2022-dəki nəticəsinin yeni müqaviləyə təsiri olmayacağı bildirilib.
Qeyd edək ki, Didye Deşam 2012-ci ildən Fransa yığmasını çalışdırır.
Bizim.Media