İŞİD terror qruplaşması İraq və Suriyada oğurladığı yezidi kürdlərindən olan qadın və uşaqları internet vasitəsilə satışa çıxarır.
Axar.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilib ki, satış əsasən Türkiyənin Qaziantep vilayətindəki gizli ofisləri vasitəsilə həyata keçirilir. Belə ki, bir il ərzində sözügedən vilayətdən İŞİD-ə 2.5 milyon dollar məbləğində pul göndərilib.