Avropa İttifaqı (Aİ) Şurası Rusiya ilə bağlı daha bir qərar verib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, yeni qərar işğal altındakı Ukrayna və Gürcüstan ərazilərində Rusiya tərəfindən verilmiş sənədlərin tanınmaması ilə bağlıdır.
Məlumata görə, bundan sonra Ukraynanın Rusiya tərəfindən işğal edilmiş rayonlarında və Gürcüstanın separatçı ərazilərində Rusiya tərəfindən verilmiş səyahət sənədləri Şengen zonasına səyahət və ya onun sərhədlərini keçmək məqsədilə viza əldə edilməsi üçün keçərli sənəd sayılmayacaq.
Bizim.Media