İzmirin Çeşmə və Menderes rayonları sahillərində çətin vəziyyətdə qalan 133 qeyri-qanuni miqrant xilas edilib.
Bizim.Media xəbər verir ki, xilasetməni həyata keçirən Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları əcnəbiləri çətin durumdan çıxararq onlara ilkin tibbi yardım göstəriblər.
Qeyd olunub ki, rezin qayıqlarla üzən miqrantlar Yunanıstandan Türkiyə sahillərinə göndərilib.
Bizim.Media