Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda MDB ölkələrinin liderləri ilə qeyri-rəsmi görüş keçirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bu gün keçirdiyi brifinqdə bildirib.
Kreml sözçünün sözlərinə görə, görüş dekabrın sonunda dostluq formatında - “bərpa olunmuş ənənəyə uyğun” keçiriləcək.
Uşakov vurğulayıb ki, Putinin Sankt-Peterburqda digər görüşləri də gözlənilir, lakin əsas plan MDB liderlərinin görüşündən ibarətdir.
Bizim.Media