Monqolustanda təbii fəlakət baş verib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, adıçəkilən ölkədə 5,6 bal gücündə zəlzələ müşahidə edilib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı təxminən 844 min insanın yaşadığı paytaxt Ulan-Batordan 403 km cənub-qərbdə yerləşib. Zəlzələnin episentri 2 km dərinlikdə yerləşib. Dağıntı və ya mümkün itkilər barədə məlumat verilməyib.
Bizim.Media