Təbrizdə azərbaycanlı jurnalist Aydın Təbrizi təzyiqlərlə qarşılaşıb.
Bizim.Media “Mouze“ Telegram kanalına istinadən xəbər verir ki, o, etiraz aksiyalarını işıqlandırdığı üçün saxlanılıb və fəaliyyətinə qadağa qoyulub.
Onun fəaliyyətinin molla rejimi tərəfindən qadağan edildiyi deyilir.
Sosial media fəalları son günlər Aydın Təbrizinin ETTELAAT idarəsinə çağrılaraq dindirildiyini və sosial şəbəkələrdə fəaliyyətini dayandırması üçün təzyiq göstərildiyini bildirirlər.
Qeyd edək ki, bundan öncə də o, fəaliyyətinə görə basqılarla və həbsə məruz qalıb.
Bizim.Media