Rusiyanın “Taşir”x9d şirkətinin erməni əsilli prezidenti Samvel Karapetyan “Hayastan”x9d ümumerməni fonduna 1 milyon dollar ianə ayırıb. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu vəsait Dağlıq Qarabağda 5 və daha çox uşağı olan ailələrə ev tikilməsi üçün sərf olunacaq. Rusiyalı milyarderin ayırdığı vəsait hesabına 21 çoxuşaqlı erməni ailəsi evlə təmin olunacaq.xa0
Layihənin tam gerçəkləşməsi üçün noyabrın 26-da erməni diasporu telemarafon keçirəcək və topladığı vəsaiti “Hayastan”x9d fondunun hesabına əlavə edəcək.
“Forbes”x9d jurnalının məlumatına görə Samvel Karapetyan 4 milyard şəxsi sərvətlə ən zəngin 26-cı Rusiya vətəndaşıdır. Ona məxsus “Taşir”x9d şirkəti oktybarın 1-dən “Ermənistan elektrik şəbəkəsi”x9d QSC-ni də satın alıb.