ABŞ administrasiyası İrandakı etirazları yatırmaq üçün zorakılığa baş vurulmasından çox narahatdır.
Bizim.Media xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.
Onun sözlərinə görə, hazırda Ağ Ev hər hansı yeni sanksiyalar elan etmir.
“Biz İranda dinc nümayişlərə qarşı güclənən zorakılıqdan ciddi narahatlıq keçiririk. Biz dinc nümayişçiləri həbs edən və onlara atəş açan İran hakimiyyətini qınayırıq”,- deyə o bildirib.
Bizim.Media