Konqo Demokratik Respublikasının (KDR) şərqində torpaq sürüşmələri baş verib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, sürüşmə nəticəsində azı 11 nəfər ölüb.
Sürüşmənin güclü yağış səbəbindən baş verdiyi qeyd edilib.
Məlumata görə, ölkənin Cənubi Kivu əyalətinin Kamituge kəndində də güclü yağışlar yağıb. Nəticədə daha 7 nəfərin itkin düşdüyü ehtimal edilir.
Bizim.Media