Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ-la “F-16”larla bağlı aparılan danışıqlar istiqamətində yaxşı nəticələr olduğunu bildirib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-da hərbi nümayəndə heyətləri arasında danışıqlar davam edir.
““F-16”larla bağlı üçü Türkiyədə, biri ABŞ-da olmaqla dörd görüş keçirilib. Bizim ağlımızda başqa şeylər də var” -deyə H.Akar vurğulayıb.
Akar əlavə edib ki, Türkiyə hər hansı təhlükə yarandıqda “S-400” hava hücumundan müdafiə sistemlərindən istifadə edə bilər:
“S-400 raketdən müdafiə sistemi yerindədir və istifadəyə hazırdır. Əgər təhlükə varsa, ondan istifadə edərik. Terrorla mübarizəmiz son terrorçu bitənə qədər davam edəcək”.
Bizim.Media