Ukrayna Avropa İttifaqından 2,5 milyard avro məbləğində yeni makromaliyyə yardımı tranşı alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bundan sonra yardımın ümumi məbləği 6,7 milyard avroya çatıb.
Maliyyə naziri Sergey Marçenko qeyd edib ki, ayrılan vəsait dövlət büdcəsinin təxirəsalınmaz xərclərinin təmin edilməsinə və ölkədə iqtisadi sabitliyin qorunmasına yönəldiləcək.
Bizim.Media