Çexiya Rusiya vətəndaşlarına viza almaq öhdəliyi qoyub.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, noyabrın 21-dən Rusiya vətəndaşlarına hava limanlarından tranzit keçmək üçün viza almaq öhdəliyi tətbiq edilib.
Bildirilib ki, bu tələb Şengen vizası sahiblərinə şamil edilməyəcək.
Bizim.Media