Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Mərakeşdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş ilə görüşüb.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkə XİN-i məlumat yayıb.
Məlumata görə, görüş zamanı Ukraynadakı son vəziyyət, İstanbulda imzalanan “Taxıl sazişi” və Suriya ilə Liviya da daxil olmaqla regional hadisələr müzakirə edilib.
Bizim.Media