Avropa Parlamenti İran İslam Respublikası ilə birbaşa əlaqəni müvəqqəti dayandırıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola danışıb.
Onun sözlərinə görə, Avropa Parlamenti ilə İran arasında birbaşa əlaqə və dialoq müvəqqəti dayandırılacaq.
Xanım Metsula İranda nümayişçilərin zorakılıqla repressiya edilməsinə də işarə vurub:
“Avropa bizə ümid bəsləyən etirazçılara gözünü yummayacaq”.
Bizim.Media