"Artemis" Ay proqramının birinci mərhələsində Aya buraxılan "Orion" kosmik gəmisinin uçuşu insidentsiz və plana uyğun olaraq davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə NASA-nın Ay proqramının birinci mərhələsinin rəhbəri Qovard Hu deyib.
Q.Hu həmçinin qeyd edib ki, kosmik gəmi buraxılış zamanı fiziki cəhətdən zədələnməyib və missiyanı başa vurduqdan sonra uğurla Yerə qayıda bilər.
Kosmik gəmi noyabrın 16-da buraxılıb.
Bizim.Media