İraq və Suriyanın şimalında terrorçu hədəflərə qarşı “Pəncəli Qılınc” əməliyyatının başladığı gündən indiyə kimi zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, qardaş ölkənin milli müdafiə naziri Hulusi Akar indiyədək qurudan və havadan aparılan əməliyyatlar zamanı 184 terrorçunun zərərsizləşdirildiyini bildirib.
H.Akar Türkiyə hərbçilərinin qarşısına çıxa bilməyən terrorçuların qorxaqcasına gizləndiklərini, qaçdıqlarını vurğulayıb:
“Çaxnaşma və qorxu içindədirlər. “PKK (YPG) terror təşkilatının çöküşünün davamlı olması üçün lazım olanı etməyə davam edirik” – deyə H.Akar bildirib.
Bizim.Media