Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 21-də YPG terrorçuları (PKK-nın Suriya qanadı) ilə bağlı yeni göstərişlər verib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, qardaş ölkə lideri tapşırıqlarını müdafiə naziri Hulusi Akar ilə telefon danışığı zamanı verib.
O, YPG terrorçularına qarşı həyata keçirilən son əməliyyatı müzakirə edib.
Türkiyə ordusunun Komandanlıq Mərkəzində olan H.Akar prezidentə davam edən əməliyyat, eləcə də qurudan və havadan vurulan hədəflər, hazırkı fəaliyyətlər, zərərsizləşdirilən terrorçular haqqında məlumat verib.
Qeyd edək ki, gün ərzində terrorçular Türkiyə ərazisinə 10 raket zərbəsi endiriblər.
Bizim.Media