Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə telefonda danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, Ərdoğan Tokayevi Qazaxıstanda keçirilən prezident seçkilərində qazandığı növbəti qələbə münasibətilə təbrik edib.
Ərdoğan seçki nəticələrinin dost və qardaş Qazaxıstan üçün xeyirli olmasını arzulayaraq, iki ölkə arasında strateji tərəfdaşlığın yeni dövrdə güclənəcəyinə və dərinləşəcəyinə inandığını bildirib.
Bizim.Media