Yaponiya Hava Özünümüdafiə Qüvvələri və ABŞ Hərbi Hava Qüvvələrinin pilotları döyüş təyyarələrinin iştirakı ilə birgə təlim keçirib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin rəsmi “Twitter” hesabında paylaşım edilib.
Bildirilib ki, hərbi təlimlərdə Yaponiyanın 3 “F-15” qırıcısı, ABŞ-ın isə 4 “F-16” qırıcısı iştirak edib. Təlimlərin məqsədi Yaponiya-ABŞ alyansının qabaqlayıcı potensialını artırmaq olub.
“Kyodo” xəbər agentliyinin məlumatına görə, bu təlimlər Tokio və Vaşinqtonun Şimali Koreyanın raket buraxılışına reaksiyası olub.
Bizim.Media