Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
O, Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı apardığını qeyd edib.
Görüş barədə Türkiyə Prezident Administrasiyasının məlumatında isə bildirilir ki, danışıq zamanı ikitərəfli əlaqələr, taxıl dəhlizi və regional proseslər müzakirə olunub.
Bizim.Media