BMT Baş Assambleyasının sədri Çab Kyoryoşi Ukraynadakı vəziyyətlə bağlı dünyaya çağırış edib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Assambleya sədrinin çağırışında Ukraynadakı münaqişənin gərginləşməsinin qarşısının alınmasının vacibliyi vurğulanıb.
O, Ukrayna hadisələrinin yenidən BMT Təhlükəsizlik Şurasında müzakirə aparılması məsələsinə diqqət çəkib.
“Biz Ukraynada müharibənin genişlənməsindən narahatıq və bütün dünya bunun qarşısını almağa çalışmalıdır.
Dünya ölkələri, liderlər mürəkkəb və bir-biri ilə əlaqəli böhranlardan qaçmalıdır”.
O, Polşada baş verən hadisəyə diqqət çəkərək, dünya təşkilatının hələ də baş verənlərin bütün təfərrüatlarını bilmədiyini vurğulayıb.
Bizim.Media