Daim yeniliklər etməyi sevən "WhatsApp" daha bir funksiya istifadəyə verilib.
Bizim.Media xəbər verir ki,sözügedən yenilik sorğu funksiyasıdır.
Belə ki, bundan sonra "WhatsApp" iOS və Android istifadəçiləri sorğu funksiyasından istifadə edə biləcək.
Tətbiqə bu funksiyanın əlavə edilməsi ilə istifadəçilər artıq qrup çatlarında sorğular yarada biləcəklər.
"WhatsApp Sorğu” funksiyasında istifadəçilər maksimum 12 təqdim edilən seçimdən birdən çoxunu seçə biləcəklər.
"WhatsApp Sorğu" funksiyası hələlik yalnız mobil telefonlarda mövcuddur.
"WhatsApp Web" üçün belə bir funksiya hələ mövcud deyil. Qeyd edək ki, funksiyanın gələcəkdə "WhatsApp Web"də də mövcud olacağı istisna edilmir.
Bizim.Media