Türkiyənin İstanbul şəhərində daha bir partlayış baş verib.
Bizim.Media “Cumhuriyet” qəzetinə istinadən xəbər verir ki, partlayış yaşayış binasında olub. Partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb.
Məlumata görə, hadisə Fatih rayonunda saat 21:00 radələrində baş verib. Partlayışın ilkin səbəbinin qaz sızması olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları və tibb işçiləri göndərilib.
Bizim.Media