Polşanın Moskvadakı səfiri Kşiştof Krayevski Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında bəyan edib.
O, qeyd edib ki, noyabrın 16-na keçən gecə Rusiyanın bu ölkədəki səfiri Sergey Andreyev Polşa Xarici İşlər Nazirliyinə çağırılıb və o, respublikanın şərqində raket insidentilə bağlı diplomatik qurumdan nota alıb.
Bizim.Media