"Bizi vacib işə dəvət edirlər, mənasız yerlərə getməyə ehtiyac yoxdur”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında jurnalistin “Bayden oteldə bir neçə NATO ölkəsi ilə təkbətək görüş keçirdi, siz niyə orada olmadınız. NATO ölkələri arasında bir parçalanma görürsünüzmü. Polşaya atılan raketlə bağlı fikirləriniz necədir?” suallarına cavab verərkən səsləndirib.
“Bəs 20 ölkənin adını niyə çəkmirsən? Deməli həmin an bizi tapa bilməyiblər. Həm də bu görüş heç də önəmli olmayıb. Bayden Polşaya düşən raketin Rusiya tərəfindən atılmadığını net şəkildə ifadə etdi”, deyə o, əlavə edib.
Bizim.Media