Ukrayna Baş naziri Denis Şmiqal və Polşa Baş naziri Mateuş Moravietski arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə Polşa hökumət kabinetinin mətbuat katibi Piotr Müller bildirib.
O bildirib ki, telefon danışığı zamanı son vəziyyət müzakirə olunub.
Ukrayna Baş naziri polşalı həmkarına Rusiyanın ötən gün Ukrayna ərazisinə böyük həcmli raket hücumları həyata keçirdiyini deyib.
O qeyd edib ki, Rusiya ötən gecə 80-ə yaxın raketdən istifadə edib və bu raketlərin çoxu Polşa ilə həmsərhəd əraziləri vurub.
Bizim.Media