ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Bizim.Media "The Washington Post”a istinadən xəbər verir ki, səfər zamanı Börns ABŞ-nin Kiyevi dəstəkləməyə davam edəcəyini bir daha təsdiqləyib.
O həmçinin Ukrayna kəşfiyyat xidmətinin üzvləri ilə görüşüb. Börns Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə bu yaxınlarda keçirdiyi görüşü barədə müzakirələr aparıb.
Bizim.Media