“Terror təhdidini yox etmək strategiyamızı davam etdirəcəyik”
Bizim.Media "Anadolu"ya istinadən xəbər verir ki, bunu Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ankara terrorçulara qarşı mübarizəni davam etdirəcək:
“Nə edirlərsə etsinlər, kimin arxasına gizlənirlərsə gizlənsinlər, terrorçular onları gözləyən ağır aqibətdən yaxa qurtara bilməyəcəklər. Regionumuzun və ölkəmizin gələcəyində terrorun heç bir növünə yer yoxdur".
Bizim.Media