BMT Baş Assambleyası Rusiya ilə bağlı daha bir qətnamə qəbul edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, sözügedən qətnamə Rusiyanın Ukraynaya təzminat ödəməsi mexanizmi haqqındadır.
Xüsusi sessiyanın iştirakçıları Rusiyanın Ukraynaya vurduğu zərərin beynəlxalq reyestrinin yaradılması, habelə itkilərin kompensasiyası mexanizminin yaradılmasının zəruriliyini bildiriblər və bütün bunlar qətnamədə öz əksini tapıb.
Qətnamənin lehinə 94 ölkə, əleyhinə 14 ölkə səs verib, 73 ölkə isə bitərəf qalıb.
Bizim.Media