Avropa İttifaqı Ukraynaya azı 8 milyard avro dəyərində silah tədarük edib.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel deyib. O qeyd edib ki, bu, ABŞ-ın səylərinin 45%-ni təşkil edir.
Borel onu da qeyd edib ki, üzv dövlətlər arasında hərbi texnika və qüvvələrin sürətlə daşınması üçün avtomobil və dəmir yolu infrastrukturu yenidən təchiz edilməlidir.
Aİ rəsmisi həmçinin vurğulayıb ki, qüvvələrin sürətlə Aİ-nin bir hissəsindən digərinə, əsasən Qərbdən Şərqə köçürülməsi bacarığı təşkilatın müdafiəsi üçün çox vacibdir. Onun sözlərinə görə, Aİ Balkanlar, Moldova və Ukraynanı döyüş qüvvələrinin sürətlə yerləşdirilməsi üçün hərbi mobilliyin artırılması layihələrinə daxil edəcək.
Bizim.Media