Xəbər verdiyimiz kimi, Türkiyənin Ankara şəhərində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns və Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin arasında görüş keçirilib.
Bizim.Media CNN-ə istinadən xəbər verir ki, ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi görüşün detalları barədə açıqlama verib.
Bildirilib ki, görüşdə Rusiyada həbsdə olan ABŞ vətəndaşlarının işi, eləcə də Kremlin nüvə silahından istifadə edəcəyi təqdirdə nəticələr müzakirə edilib.
Məlumata görə, danışıqlar zamanı Ukrayna böhranının həlli mövzusu müzakirə olunmayıb.
Bizim.Media