Böyük Britaniya hökuməti İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi Londonun bu dəfəki sanksiyaları İranın rabitə və güc strukturlarına qarşı həyata keçirilib.
Bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb. Sanksiya siyahısına İranın informasiya və kommunikasiya texnologiyaları naziri İsa Zarepur, kiberpolis rəhbəri Nasser Məcidi və müxtəlif hüquq-mühafizə orqanlarının regional bölmələrinin rəhbərləri daxil edilib.
Siyahıda ümumilikdə 24 nəfərin adı var.
Qeyd edək ki, bu sanksiyalar İranda insan hüquqlarının pozulmasına görə məsul şəxslərə qarşı tətbiq edilir.
Bizim.Media