"Ukrayna-Rusiya münaqişəsi döyüş meydanında həll edilməlidir".
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Hansı şərtlərin məqbul olduğuna qərar vermək Ukraynanın işidir. Danışıqlar masası arxasında bir çox müharibələrə qərar verilib, lakin bu, belə deyil”, - Stoltenberq bildirib.
Stoltenberq tərəflər arasında mümkün danışıqların baş verəcəyi təqdirdə NATO-nun mövqeyinin necə olacağı ilə bağlı fikirlər bildirib:
"Ukraynanı meydanda dəstəkləmək və masa arxasında əlini gücləndirmək istəyirik. Şərtlər məqbul olarsa, onu dəstəkləyəcəyik".
Bizim.Media